Azərbaycanın "Avroviziya" seçimlərindən narazılıq

11:28 - 1 Fevral 2023 - MAQAZİN

Azərbaycanı "Avroviziya"da təmsil etmək üçün müraciət edən namizədlərdən biri Rauf Kingsley seçim turlarından narazıdır.

Axşam.az xəbər verir ki, ifaçı artıq nəticələrin bəlli olduğunu və yarışda ölkəmizi "Mamagama" qrupunun təmsil edəcəyini bildirib. O, seçimlərin şəffaf keçmədiyini iddia edib:

"Bizim deleqasiya nümayəndələri, başda Eldar Qasımov və onun meneceri Omar Əbdülkərim olmaqla, göndərilən heç bir sənətçinin mahnılarını nəinki dəyərləndirilməyib, hətta "shortlist"ə belə salınmayıb. Birbaşa Omerin artist meneceri olduğu "Mamagama" qrupunu seçiblər. Seçməkdən əlavə qrupu bir neçə gün əvvəl dağıdıb xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıblar. 2 gün əvvəl gecə ilə qondarma qrup yaradaraq "Avroviziya"ya göndərməyi planlayırlar. Əlavə olaraq, öz yaratdıqları saxta "shortlist"ə 2-3 potensialsız artist əlavə ediblər ki, iş gördüklərini sübut etsinlər. Sonda həmin artistləri yola salıb, yenə öz qrupları ilə yollarına davam etməyi düşünüblər. Əgər bunu belə etməyi planlaşdırırdınızsa, o zaman niyə boşuna mahnı və sənətçi qəbulu açıq elan edib, yüzlərlə artist və mahnı qəbul etdiniz? Zatən qrup özü qabiliyyət məzmunlu postlarını, 100 % əmin kimi noyabrdan paylaşmağa başlayıb. Noyabrdan etibarən qalibin kim olduğunu bilsəydik dəyərli zamanımızı və əməyimizi artıq dərəcədə biabırçı bir seçimə sərf etməzdik. Bu etdiyiniz həm mənə, həm də mənim kimi yüzlərlə sənətçiyə təcavüzüdür. Hər kəsə səslənirəm, müsiqi həyatdır, müqəddəsdir, birlikdir, ruhun qidasıdır. Musiqi ilə bağlı bir yarışmanı bu qədər çirkinləşdirmək olmaz. "Shortlist"in yenidən yaradılmasını şəffəf və açıq şəkildə ən layiqli sənətçinin və mahnının seçilməyini tələb edirəm". 

Xəbər xətti