ABŞ şirkəti Ukraynaya 1 dollara iki dron təklif edib

08:58 - 1 Fevral 2023 - DÜNYA

General Atomics Aeronautical Systems Inc (GA-ASI) Ukraynaya 1 dollara iki MQ-9 Reaper dron almağı təklif edib.

Ucnoqta.az xəbər verir ki, The Wall Street Journal-a görə, mümkün razılaşma ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən təsdiqlənməlidir.

Bu təklifi ötən həftə Ukraynanın Vaşinqtondakı hərbi attaşesinə GA-ASI-nin baş direktoru Linden Blu verib. Qəzet qeyd edir ki, pilotsuz təyyarələrin hazırlanması və Ukraynaya göndərilməsi təxminən 10 milyon dollara, illik texniki xidmət isə təxminən 8 milyon dollara başa gələcək.

Sövdələşmə olacağı təqdirdə şirkət pilotsuz təyyarələr üçün yerüstü idarəetmə stansiyasını tədarük edəcək.

Qeyd edək ki, söhbət köhnəlmiş MQ-9A konfiqurasiyasında dronların tədarükündən gedir. 

Emin

Xəbər xətti