"SpaceX" 49 Starlink peykini kosmosa göndərdi

00:29 - 1 Fevral 2023 - DÜNYA

SpaceX 49 Starlink mikropeykindən ibarət "Falcon 9" daşıyıcı aparatını uğurla orbitə buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Raketin Vandenberq Hərbi Hava Qüvvələri bazasından (Kaliforniya) buraxılışı yerli vaxtla saat 08:15-də baş tutub. Şirkət qeyd edir ki, fevralın 2-də daha 53 mikropeykin buraxılması planlaşdırılır.

Starlink şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə İnternetə çıxış təmin etmək üçün nəzərdə tutulub. SpaceX-in hesablamalarına görə, ümumilikdə 11 min peykin orbitə çıxarılması və istismara verilməsi 10 milyard dollara başa gələcək.Şirkətin sözlərinə görə, o, 5G standartına uyğun olan saniyədə 1 giqabit sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən SpaceX 3200-dən çox Starlink peykini orbitə çıxarıb.

Emin

Xəbər xətti