Bakıda tələbə qız binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb

22:53 - 31 Yanvar 2023 - HADİSƏ

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

APA xəbər verir ki, hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

O, aldığı xəsarətlərdən yerində ölüb.

Xəbər xətti