ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yeni hərbi yardım paketini açıqlamağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ağ Evin mətbuat katibinin birinci müavini Oliviya Dalton deyib.
Eyni zamanda, Dalton ABŞ prezidenti Co Baydenin ABŞ-ın Ukraynaya hələlik qırıcı təyyarələr göndərməyəcəyi ilə bağlı bəyanatını şərh etməyib.
Yanvarın 6-da ABŞ-ın Ukrayna üçün dəyəri 3 milyard dollardan çox olan təhlükəsizlik yardımı paketi açıqlanıb.