Paşinyan və Putin telefonla danışıb

18:46 - 31 Yanvar 2023 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Dağlıq Qarabağ ətrafındakı hazırkı vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin ardıcıl icrasının vacibliyi vurğulanaraq müzakirə edilib”, - məlumatda deyilir.

Həmçinin, ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə də toxunulub.

Xəbər xətti