ABŞ Fələstin Muxtariyyətinə 50 milyon dollar ayırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibi Fələstin prezidenti Mahmud Abbasla danışıqlardan sonra bildirib ki, ABŞ Fələstin Muxtariyyətinə əlavə 50 milyon dollar verəcək.
Bundan əlavə, Blinkenin sözlərinə görə, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.