Şahbuzda avtomobil körpüdən aşıb, ölən var

18:40 - 31 Yanvar 2023 - HADİSƏ

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Nursu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin- sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb.

Sürücü Xanlar Heydərov ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti