ABŞ artıq Koreya yarımadasındakı gərginlik fonunda Cənubi Koreyaya qabaqcıl beşinci nəsil qırıcı və bombardmançı təyyarələr göndərib və gələcəkdə onların sayını artırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Seulda jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz beşinci nəsil təyyarələri, F-22 və F-35-ləri yerləşdirmişik və yarımadaya səfər etmək üçün aviadaşıyıcı zərbə qrupunu göndərmişik”, - Ostin bildirib.
Onun sözlərinə görə, tərəflər təhlükəsizlik sahəsində “nəzərdən keçirdiklərinə” əmin olmaq üçün komanda-qərargah təlimləri də keçirəcəklər.