Şahbuzda narkotik alverçisi saxlanılıb

14:12 - 31 Yanvar 2023 - HADİSƏ

Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib. Bildirilib ki, payon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Babək rayonu Məzrə kənd sakini 1984-cü il təvəllüdlü Vidadi İbrahimov saxlanılıb. Onun üzərindən 5,137 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Psixotrop maddənin hansı mənbədən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir.
 

Xəbər xətti