ABŞ nüvə silahından istifadə etməyə hazırdır - Pentaqon rəhbəri

13:14 - 31 Yanvar 2023 - DÜNYA

Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, Şimali Koreya hücuma qərar verərsə, ABŞ nüvə silahından istifadə etməyə hazırdır.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ostin bunu Şimali Koreyadan artan nüvə təhlükəsi fonunda Cənubi Koreyaya səfəri zamanı deyib. 

Ostin qeyd edib ki, Birləşmiş Ştatlar “Cənubi Koreyanı qorumaq üçün bütün adi və nüvə çəkindirici vasitələrdən istifadə etməyə sadiqdir”.

Emin

Xəbər xətti