Qanunsuz ov edən şəxslər cəzalandırıldı

10:31 - 31 Yanvar 2023 - Cəmiyyət

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Rəşad Allahverdiyev Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Mehman və Ceyhun Kazımovlar olduğu müəyyən edilib.

“Korçay Dövlət Təbiət Yasaqlığında keçirilən nəzarət tədbirləri zamanı isə ova cəhd edən Goranboy rayon sakini Hidayət Əhmədov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o deyib.

 

Xəbər xətti