Bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutuldu

09:30 - 31 Yanvar 2023 - Cəmiyyət

Ötən gün bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub. 

Bununla bağlı Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Babək Nəsirovu Sumqayıt şəhərində saxlayaraq istintaqa təhvil veriblər. 

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı Babək Nəsirov yaşadıqları evdə bıçaqlayıb.

 

Xəbər xətti