İran və Rusiya banklararası rabitə və pul köçürmələri sistemlərini birləşdiriblər. Bu, ölkələr arasında ticarət və maliyyə əməliyyatlarının artmasına kömək etməlidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi bildirib.
Qeyd edək ki, İran və Rusiyaya qarşı sanksiyalar tətbiq edilib, o cümlədən beynəlxalq bank əməliyyatlarına əsas çıxış nöqtəsi olan SWIFT sistemindən kənarlaşdırılıb.
Rusiya Mərkəzi Bankı imzalanan müqaviləni şərh etməkdən imtina etsə də, Kərimi xarici bankların adlarını açıqlamadan “təxminən 700 Rusiya bankı və 13 müxtəlif ölkədən 106 qeyri-rus bankının sistemə qoşulacağını” deyib.
Emin