QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib

14:51 - 30 Yanvar 2023 - Cəmiyyət

Yanvarın 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılan Komissiyasının 2023-cü il üzrə ilk iclası keçirilib.

Bu barədə Ucnoqta.az-a QHT Agentliyinin Mətbuat xidmətindən bildirilib. İclasda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan qrant müsabiqələri ilə bağlı təqdim olunan məlumat Agentliyin Rəy Komissiyası tərəfindən müzakirə edilib.

Müzakirələr zamanı irəli sürülmüş tövsiyələr sonrakı mərhələdə qərarların verilməsi üçün aidiyyəti üzrə Müşahidə Şurasına təqdim edilib.

Xəbər xətti