Pakistanda məsciddə partlayış - 17 nəfər ölüb, 90 nəfər xəsarət alıb

13:35 - 30 Yanvar 2023 - DÜNYA

Pakistanın Əfqanıstan sərhədi yaxınlığındakı Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 90 nəfər xəsarət alıb, 17 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Ledi Ridinq xəstəxanasına 90 nəfər xəsarətlə daxil olub, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Məscid yerli polis idarəsinin yanında yerləşir. Təhlükəsizlik rəsmiləri bildiriblər ki, partlayış günorta namazı zamanı intiharçı-terrorçunun özünü partlatması zamanı baş verib.

Emin

Xəbər xətti