Azərbaycanlı kriminal avtoritet Özbəkistanda saxlanılıb

12:51 - 30 Yanvar 2023 - HADİSƏ

Yanvarın 27-də 43 yaşlı kriminal avtoritet Rafet Əmirov Özbəkistanda saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, o, Rusiya və ABŞ tərəfindən "İnterpol"da axtarışa verilibmiş. Rusiya kriminal avtoriteti 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevin qətlinə görə axtarışda idi.

Amerika Birləşmiş Ştatları isə kriminal avtoriteti İran hökumətinin sifarişi ilə iranlı jurnalistin öldürülməsini təşkil etməkdə ittiham edir. Məlumatlara görə, bu işdə onun şəriki əslən Dmanisinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərovdur. Digər detallar araşdırılır.

Rafet Əmirov əslən Azərbaycanın Şirvan rayonundandır, “Əlibayramlınski” ləqəbi ilə tanınır. KİV onların əvvvəllər Dmanisinin Məmişli kəndindən olan mərhum "Qanuni oğru" Nadir Səlifov (Lotu Quli) klanında olduğunu yazır.

Pünhan

Xəbər xətti