Ermənilərdən daha bir İDDİA: “İsrail bizim ölkəmizdir, ...”

12:40 - 30 Yanvar 2023 - DÜNYA

Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib.

Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, bir qrup erməni “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, - deyə sözlər işlədiblər. Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan saxlanılıb. Kaxkecyan məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib.

 Qeyd edək ki, bir neçə gün bundan öncə Qüdsün xristian məhəlləsində ermənilərə məxsus restoranda da yəhudilərlə erməni millətçiləri arasında qarşıdurma olub, sonradan onlar arasında kütləvi dava baş verib.

Pünhan

Xəbər xətti