İraqın şimal-şərqində yerləşən Kərkük əyalətində naməlum pilotsuz uçuş aparatı (PUA) yaşayış binasının damına düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Shafaq news" informasiya portalı yerli təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində ölən yoxdur. İlkin məlumatlara görə, o, Fransa Silahlı Qüvvələrinə aid ola bilər. Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.
İraqın Rudaw telekanalının məlumatına görə, PUA-nın qəzaya uğramasına səbəb texniki nasazlıq olub.
Emin