Məişət əşyalarını baha qiymətə lotoreya uduşu adı ilə satan şəxslər tutulub

10:52 - 30 Yanvar 2023 - HADİSƏ

Naxçıvan Şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa Polisə müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam edir.


Xəbər xətti