Pakistanda 6,3 bal gücündə zəlzələ baş verib

10:37 - 30 Yanvar 2023 - DÜNYA

Pakistanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzinə istinadən “Business Recorder” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələnin episentri “qonşu Tacikistanda, 150 km dərinlikdə qeydə alınıb”. Qəzetin məlumatına görə, yeraltı təkanlar Pakistanın müxtəlif bölgələrində, o cümlədən İslamabad, Ravalpindi və Lahorda hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Xəbər xətti