Naxçıvan-Batabat magistralında yol qəzası baş verib.
APA xəbər verir ki, dünən axşam saatlarında magistralın Batabat ərazisindən keçən hissəsində "Niva" markalı avtomobil dərəyə aşıb.
Nəticədə, avtomobildə olan sürücü və bir sərnişin ağır xəsarət alıb.
Qəzaya qarlı havanın səbəb olduğu bildirilir. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.