ABŞ-nın Abrams tankları 2023-cü ilin sonunda və ya 2024-cü ildə Ukraynaya təhvil veriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
"Tanklar Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində alınacaq. Onlar "uran zirehləri" olmadan istehsal olunacaq və bu ilin sonunda və ya gələn ilin sonunda təhvil veriləcək", - mənbə bildirib.