Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Əl-Ərəbiyyə” telekanalına danışıb.
“İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün masada bütün variantlar var” - o, deyib.
Qeyd edilir ki, İranda sursat zavoduna hücumda ABŞ-ın əli olduğu məlum olub. Hücumun hədəfi ballistik raketlərin olduğu anbar olub.