Beyləqanda maşın su kanalına aşdı: 2 nəfər öldü - FOTO

18:13 - 29 Yanvar 2023 - HADİSƏ

Beyləqan rayonunda yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2-i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

 


Xəbər xətti