Mingəçevirdə bıçaqlanma hadisəsi olub

13:04 - 29 Yanvar 2023 - HADİSƏ

Mingəçevir sakini bıçaqlanıb.

APA xəbər verir ki, 1989-cu il təvəllüdlü Süleymanov Sakit Şura oğlu bıçaq xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Cəfərov Emil Nurəddin oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Xəbər xətti