Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

11:10 - 29 Yanvar 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Əlavə məlumat veriləcək.

Xəbər xətti