İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “İSNA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.
10:00
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 664 nəfərə çatıb, 2 nəfər ölüb.
Ucnoqta.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan bildirib.
Onun sözlərinə görə, ilkin hesablamalara görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, binaların 50%-ə qədəri dağılıb.
Yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Hoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Mənbə 43 km dərinlikdə yerləşirdi.