Peruda sərnişin avtobusu dərəyə aşıb

23:47 - 28 Yanvar 2023 - HADİSƏ

Perunun şimal-qərbindəki Talara əyalətində 60 nəfəri daşıyan avtobus uçurumdan aşıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə 25 nəfər ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis araşdırma aparır. İlkin versiyaya görə, avtobus sürücüsü gecə saatlarında dik yamacda idarəetməni itirib.

Xəbər xətti