İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Tobelo şəhərindən 29 km şimal-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.