İstefada olan general Çex Respublikasının prezidenti seçilib

18:46 - 28 Yanvar 2023 - DÜNYA

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çexiya televiziyası şənbə günü başa çatan səslərin hesablanması zamanı məlumat verib.

Çexiyanın baş naziri Petr Fiala mətbuat konfransında Pavelin ölkədə keçirilən prezident seçkilərində qalib gəldiyini təsdiqləyib. 

Xəbər xətti