Türkiyənin Niğde vilayətində şənbə günü mikroavtobusun qəzaya uğraması nəticəsində ən azı 12 xarici turist xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TRT telekanalı yerli polisdəki mənbələrə istinadən məlumat verib.
Avtobus İstanbuldan turistlərin məşhur məkanı olan Kapadokyaya gedirmiş və yolda aşıb. Sürücü və bələdçi də daxil olmaqla 14 nəfər xəsarət alıb.
Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir. Polis qəzanın səbəblərini araşdırır.