İsraildə yenidən atışma olub

14:09 - 28 Yanvar 2023 - DÜNYA

İsraildə daha bir atışma olub - nəticədə iki nəfər ağır yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Hadisə Silvan ərazisi yaxınlığında baş verib. Yerli xəstəxanadan verilən məlumata görə, 59 yaşlı kişi və onun 20 yaşlı oğlu yaralanıb.

Polis partlayışı törədənin "zərərsizləşdirildiyini" bildirsə də, onun vəziyyəti ilə bağlı təfərrüatları açıqlamayıb. İlkin məlumata görə, o, ətrafdakı silahlı şəxs tərəfindən güllələnib.

Xəbər xətti