Hindistanda iki hərbi təyyarə qəzaya uğrayıb

11:42 - 28 Yanvar 2023 - DÜNYA

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə - "Sukhoi Su-30" və "Mirage 200"0 qırıcıları yanvarın 28-də Madhya Pradeş ştatında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Hər iki təyyarənin təlim məşğələləri zamanı qəzaya uğradığı qeyd edilir. Qırıcılar ölkənin Qvaliordakı Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.
Hindistan Müdafiə Nazirliyindəki nəşrin mənbələri Su-30-da iki, Mirage 2000-də isə bir pilot olduğunu bildirib.

Hazırda axtarış-xilasetmə orqanları üçüncü pilotu axtarır.

Xəbər xətti