Polis əməliyyat keçirdi - 10,2 kq narkotik aşkarlanıb

10:57 - 28 Yanvar 2023 - HADİSƏ

Polis əməkdaşlarının yanvarın 27-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 3,6 kiloqramdan çox marixuana olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər xətti