ABŞ Serbiyanın iki keçmiş deputatına sanksiya tətbiq edib

21:44 - 27 Yanvar 2023 - DÜNYA

ABŞ Serbiya Milli Assambleyasının keçmiş üzvləri Verica Radeta və Petar Yojiçə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays yaydığı yazılı bəyanatda deyilir.

Bəyanatda iddia olunur ki, keçmiş deputatlar Serbiya parlamentində xidmət edərkən “keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal qarşısında çıxış etməli olan şahidləri Serb Radikal Partiyasının liderinin əleyhinə ittihamedici ifadələr verməkdən çəkindirmək üçün onlara rüşvət verib və onları qorxudublar. 

Sanksiya siyahısında Petar Coyiçin böyük oğlu Qoiko Coyiç də var idi.

Xəbər xətti