Naxçıvan-Şahbuz yolunda qəzada sürücü xəsarət alıb

19:16 - 27 Yanvar 2023 - HADİSƏ

Naxçıvan-Şahbuz magistralında yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə magistralın Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Rza Bağırovun idarə etdiyi avtomobil yoldan çıxaraq, kənardakı səddə çırpılıb.

Xəsarət alan sürücü Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti