Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məni dəhşətə gətirdi - Aİ səfiri

12:46 - 27 Yanvar 2023 - SİYASƏT

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə səfir Mixalko "Twitter" hesabında paylaşım edib.

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Aİ səfiri bildirib.

Xəbər xətti