Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məni dəhşətə gətirdi - <font color=red><b>Aİ səfiri </b></font>

12:46 - 27 Yanvar 2023 tarixində dərc olunub.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə səfir Mixalko "Twitter" hesabında paylaşım edib.

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Aİ səfiri bildirib.

Müəllif: