Zaporojya AES yaxınlığında güclü partlayışlar qeydə alınıb

00:24 - 27 Yanvar 2023 - DÜNYA

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında güclü partlayışlar qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin saytında yerləşdirilən məlumatda deyilir.

Mütəxəssislərin fikrincə, obyektdən kənarda “davam edən münaqişənin ön xəttində yerləşən obyektin yaxınlığında hərbi əməliyyatların aparıldığını göstərən” güclü partlayışlar baş verib.

MAQATE-nin məlumatında deyilir ki, yanvarın 25-də yerli vaxtla saat 10:00 radələrində səkkiz güclü partlayış səsi eşidilib, onlardan inzibati binaların pəncərələri titrəyib, yanvarın 26-da daha çox partlayış olub.

Xəbər xətti