Bu ilin yanvarında 26 gün ərzində Ukrayna “taxıl dəhlizi” ilə 2,4 milyon ton taxıl ixrac edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yanvarda bir gəmiyə düşən yüklərin orta tonajı 37 min ton səviyyəsində qalıb ki, bu da dəhlizin istismarı zamanı ən yaxşı göstəricidir.
Bildirilir ki, yanvar ayı ərzində Ukrayna limanlarından gəmilərin yola salınmasının sayı 2,7 səviyyəsində qalıb, yəni orta hesabla gündə 2-3 gəmi olub. Bu, əslində “taxıl təşəbbüsü”nün mövcud olduğu bütün aylar ərzində ən aşağı göstəricilərdən biri hesab olunurdu.
Ümumilikdə, Ukrayna taxıl təşəbbüsü çərçivəsində artıq 18,4 milyon ton yüklə 675 gəmi göndərib. Afrikanın payı 2,3 milyon ton, Asiya - 5,1 milyon ton, Avropa - 7,5 milyon ton, Yaxın Şərq - 3,4 milyon tondur.
Ruhəngiz