Tramp nüvə münaqişəsinin başlanması riski barədə xəbərdarlıq edib

16:24 - 26 Yanvar 2023 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Qərb tanklarının Ukraynaya ötürülməsi ilə əlaqədar nüvə münaqişəsinin başlanması riski barədə xəbərdarlıq edib


Ucnoqta.az xəbər verir ki,  bu barədə keçmiş prezident özünün Truth Social səhifəsində yazıb. Tramp bildirib ki, Qərb ölkələrinin Kiyevə tanklar təhvil verməsi nüvə münaqişəsinin alovlanmasına səbəb ola bilər, ona görə də Ukraynada hərbi əməliyyatları tez bir zamanda dayandırmaq lazımdır.

"Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. “Bu sərsəm müharibə”ni bitirin. Bu qədər sadə!" - Tramp yazıb.

Xəbər xətti