Hindistanlı tələbələr baş nazir Narendra Modi haqqında BBC-nin sənədli filminə baxdıqları üçün həbs ediliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Foreign Policy” yazır.
Müsəlmanlardan ibarət onlarla həbs edilmiş tələbənin Cavaharlal Nehru Universitetində, eləcə də Yeni Dehli Milli İslam Universitetində təhsil aldığını bildirilir.
Qeyd olunur ki, yerli hakimiyyət filmin nümayişinin qarşısını almaq üçün şəhərin təhsil müəssisələrinin yerləşdiyi məhəllələrdə elektrik enerjisini qəsdən kəsib.
Hindistan hakimiyyəti tərəfindən qadağan edilən "Hindistan: Modi sualı" adlı sənədli film onun 2002-ci ildə müsəlmanlarla hindular arasında dini toqquşmaların yatırılmasında iştirakına toxunur. O zaman Modi Qucarati dövlət başçısı idi.
Ruhəngiz