Almaniya martın sonunda "Leopard" tanklarını Ukraynaya təhvil verməyi gözləyir.
Ucnoqta.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Saksoniya-Anhaltdakı qoşunlara ilk səfəri zamanı jurnalistlərə bildirib.
"Çox gec olduğuna inanmaq üçün heç bir əsasım yoxdur. Düşünürəm ki, biz "leopardlar"ı ən geci martın sonuna qədər təhvil verəcəyik. Anladığım qədər, bu, kifayət qədər tezdir", - nazir bildirib.