Ukraynaya raket hücumu olub - ölən var

13:26 - 26 Yanvar 2023 - DÜNYA

Kiyevdə Rusiya raketinin Qoloseyevski rayonuna endirilməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram-da məlumat verib.
Onun sözlərinə görə, “Qoloseyevski rayonunda qeyri-yaşayış binalarına raketin düşməsi nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı barədə məlumat var. Yaralılar xəstəxanaya çatdırılıb”.

Hava hücumundan müdafiə qüvvələri səhər saatlarında Rusiyanın Kiyev istiqamətində atdığı 15-dən çox qanadlı raketi vurub.

Bundan əvvəl Kliçko paytaxtın Dnepr rayonunda partlayışların baş verdiyini açıqlamışdı.

Emin

Xəbər xətti