Ötən sutka ərzində Ukrayna hərbçiləri 780 rus işğalçısını məhv edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsində verdiyi məlumata görə, 24 fevral 2022-ci ildən 26 yanvar 2023-cü il tarixədək düşmənin ümumi döyüş itkiləri təxminən 123 860 (+780) nəfər olub.
Bundan əlavə, tanklar - 3175 (+14) ədəd, zirehli döyüş maşınları - 6334 (+27),artilleriya sistemləri-2169 (+15), MLRS-452 (+2), hava hücumundan müdafiə vasitələri-220, təyyarə-292 (+2), vertolyotlar - 282 (+1), PUA əməliyyat-taktiki səviyyəsi-1908 (+6), qanadlı raketlər - 749, gəmilər/qayıqlar - 18, avtomobil avadanlığı və tankerlər - 4986 (+19), xüsusi texnika - 195 (+1) məhv edilib.