“Vəfalılar düşmür yada, vəfasızlar unudulmur” - Aygün Kazımova

10:00 - 26 Yanvar 2023 - MAQAZİN

Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq qalıb.

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, Pop diva yeni klipini sevənlərinin ixtiyarına verib.

“Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb. Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib.

Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb.

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.

 


Xəbər xətti