ABŞ administrasiyası Panamanın keçmiş prezidenti Rikardo Martinelliyə qarşı viza sanksiyaları tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin geniş yayılmış yazılı bəyanatında deyilir. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rikardo Martinellinin "əhəmiyyətli korrupsiya cinayətlərində iştirakı" üçün məhdudiyyətlər tətbiq edilir.
2018-ci ildə ABŞ ikitərəfli ekstradisiya müqaviləsinə əsasən Martinellini Panamaya deportasiya etdi. Martinelli 2009-2014-cü illərdə Panama prezidenti olub. O, 2015-ci il yanvarın sonunda ölkəni tərk edib, 2016-cı ilin iyununda isə Panama hakimi Jeronimo Mejia siyasətçinin ekstradisiyası üçün ABŞ hakimiyyətinə sorğu göndərib.
Emin