Pentaqon Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Paketin bir hissəsi olaraq Vaşinqtonun Kiyevə döyüş sursatı ilə birlikdə 31 "Abrams" tankı, təmir və təxliyə üçün səkkiz taktiki maşın, eləcə də dəstək və təchizat maşınları təhvil verəcəyi bildirilir.
Bundan əlavə, ayrılan vəsait Ukrayna əsgərlərinin təliminə və hərbi texnikanın saxlanmasına sərf olunacaq.