Almaniyanın şimalında bıçaqlı şəxs regional qatarda sərnişinlərə hücum edərək iki nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” məlumat yayıb.
“Kildən Hamburqa gedən regional qatarın bıçaqlı hücumu nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
20-30 yaşlarında olan bir kişi Brokstedt stansiyasına çatmazdan əvvəl hələ də hərəkətdə olan qatarda insanlara hücum edib. Polis hücum edən şəxsi həbs edib. Hücumun motivi hələ müəyyən edilməyib.